"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna keçə bilər

Günün Ən Son Xəbərləri 2021-06-22 12:16:44

Çinin "Çjetszyan Qrintaun" klubundan ayrılan "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər.

"Report"un Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kocaelispor" 31 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

TFF 1-ci liqa təmsilçisi Cənubi Afrikadan olan forvardla danışıqlara başlayacaq.

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin dekabrınadək "Qarabağ"da çıxış edib. Ağdam təmsilçisi yanvarda təcrübəli oyunçu ilə danışıqlar aparmışdı.


Əlavə Edilib: 11 ?yun , 2021,09:07 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş