"Qarabağ"ın avrokubok matçına satılmış biletlərin sayı açıqlandı

Günün Ən Son Xəbərləri 2021-07-25 12:21:22

"Qarabağ" və İsrailin "Aşdod" klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 6 mindən çox bilet satılıb.

Matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.

Qeyd edək ki, iyulun 22-də oynanılacaq "Qarabağ" - "Aşdod" qarşılaşması saat 20:00-da başlayacaq.


Əlavə Edilib: 20 ?yul , 2021,14:23 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş