Polis reyd keçirdi, avtobus sürücüsü və sərnişinlər cərimələndi- VİDEO

Günün Ən Son Xəbərləri 2021-07-25 13:57:23
Polis reyd keçirdi, avtobus sürücüsü və sərnişinlər cərimələndi- VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları metronun "Koroğlu" stansiyasının yaxınlığında koronavirus pandemiyası ilə əlaqədar profilaktik tədbirlər həyata keçirib.

“Report” xəbər verir ki, polis əməkdaşları yeraltı piyada keçidində, sərnişin avtobuslarında, taksilərdə sakinlərlə maarifləndirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğu, əks halda barələrində qanunauyğun tədbirlər görüləcəyi onların diqqətinə çatdırılıb.

Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb. Reyd zamanı bir neçə sərnişin və avtobus sürücüsü cərimələnib.

Operator: Vüqar Xanlarov


Əlavə Edilib: 22 ?yul , 2021,16:54 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş