“Patı” satanlar tutuldu - FOTO

Günün Ən Son Xəbərləri 2021-07-25 13:17:32
“Patı” satanlar tutuldu - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan üç nəfər şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Araşdırmalarla onların şəhər sakinləri Nurlan Qədirli, Pərviz Qəmbərov və Gülnar Ağayeva olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.


Əlavə Edilib: 20 ?yul , 2021,15:11 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş