"Olimpiakos"un kapitanı: "Neftçi"nin xüsusən ön xətt oyunçuları güclüdür"

Günün Ən Son Xəbərləri 2021-07-25 14:01:01

"Çox maraqlı dövrdür. Hazırlıq prosesimiz yaxşı keçdi. Matça hazır olduğumuzu bildiririk".

"Report"un Afinaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Yunanıstan "Olimpiakos"unun futbolçusu Andreas Buxalakis evdə "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında söyləyib.

"Çox sevinirik ki, azarkeşlər bizimlə bərabər olacaq. Sabahkı günü həyəcanla gözləyirik. Onların iştirak etdiyi qarşılaşmada özümüzü çox xoşbəxt hiss edirik" deyə kapitan vurğulayıb.

28 yaşlı yarımmüdafiəçi növbəti mərhələyə vəsiqə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Bu, bizim üçün ciddi qarşılaşmadır. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik".

Buxalakis "Neftçi"nin oyunlarını izlədiyini və güclü futbolçulardan ibarət olduğunu söyləyib. O, xüsusən ön xətt futbolçularını fərqləndirib.


Əlavə Edilib: 20 ?yul , 2021,17:50 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş