Oğuzda motosiklet aşıb xəsarət alanlar var

Günün Ən Son Xəbərləri 2021-07-25 13:15:18
Oğuzda motosiklet aşıb xəsarət alanlar var

Oğuz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Şirvanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bayan kənd sakini 1987-ci il təvəllüdlü Ürfan Bayraməliyevin idarə etdiyi motosiklet kənd ərazisində aşıb.

Nəticədə sürücü və onun sərnişini 1970-ci il təvəllüdlü Şahlar Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 19 ?yul , 2021,22:32 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş