NRYTN AVRO-2020 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Günün Ən Son Xəbərləri 2021-06-22 03:04:43
NRYTN AVRO-2020 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) üzərinə düşən öhdəlikləri icra edib, müvafiq test işlərini yekunlaşdırılıb.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, artıq oyunlar zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb. Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə nəqliyyat planı hazırlanıb. Eyni zamanda nazirliyə məxsus “Bakı Taksi Xidməti" MMC tələbata uyğun olaraq taksi xidməti təşkil edəcək.

Oyun günlərində müvafiq öhdəliklərin icrası nəzarətdə saxlanılacaq.


Əlavə Edilib: 11 ?yun , 2021,17:15 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş