Novxanı çimərliyində 11 yaşlı oğlan boğuldu

Günün Ən Son Xəbərləri 2021-07-25 13:47:13
Novxanı çimərliyində 11 yaşlı oğlan boğuldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 2010-cu il təvəllüdlü Kərimov Səid Nail oğlunun batması barədə məlumat daxil olub.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.Kərimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Əlavə Edilib: 20 ?yul , 2021,08:57 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş