Nazirlər Kabineti internet provayderləri ilə bağlı qərarını şərh edib

Günün Ən Son Xəbərləri 2021-06-22 03:02:37
Nazirlər Kabineti internet provayderləri ilə bağlı qərarını şərh edib

Nazirlər kabineti 12 oktyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə qərarını şərh edib.

“Report”un məlumatına görə, şərhdə bildirilir:

"Qərar “Telekommunikasiya haqqında” qanunun 13-1-ci maddəsinə uyğun olaraq internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi üzrə fəaliyyətin effektivliyini və operativlik səviyyəsini artırmaq məqsədilə qəbul edilib. Bu qərar internet telekommunikasiya xidmətlərini göstərən subyektlərin uçot prosesinin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə, habelə normativ hüquqi akta əsaslanan uçota alınma üzrə prosedurların işlək mexanizm kimi tətbiqinin təmin olunmasına xidmət edəcək".


Əlavə Edilib: 10 ?yun , 2021,18:41 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş