Nazir: "Keyfiyyəti artırmağa ehtiyacı olan məktəblərimiz var"

Günün Ən Son Xəbərləri 2021-06-22 11:40:44
Nazir:

“Bizim yaxşı nəticə göstərən kifayət qədər məktəblərimiz var. Eləcə də keyfiyyəti artırmağa ehtiyacı olan məktəblərimiz var”.

“Report” xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, məktəblər tədrisin keyfiyyətinə təsir edən bir neçə amildən biridir: “Məktəbin rəhbərinin prosesi düzgün idarə etməsi də vacibdir. Öyrənmək prosesi də nizam-intizamı sevir. Düzgün həvəsləndirilməni aşılayan məktəblər yüksək nəticə göstərir. Önəmli məsələ dəyərləri yerində olan vətəndaşlar yetişdirməkdir və bu işdə müəllimlərə uğurlar arzu edirəm”.


Əlavə Edilib: 10 ?yun , 2021,20:26 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş