Naxçıvan iqtisadiyyatı 0,4% böyüyüb

Günün Ən Son Xəbərləri 2021-06-23 16:40:15
Naxçıvan iqtisadiyyatı 0,4% böyüyüb

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-də 1 024,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,4 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,1 % artaraq 2 219 manat olub.

5 aylıq ÜDM-in 459,5 milyon manatlıq hissəsi sənaye məhsulu olub. Bu, illik müqayisədə 1 % çoxdur.

Hesabat dövründə bölgədə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri isə 2,9 % artaraq 59,3 milyon manat təşkil edib.


Əlavə Edilib: 11 ?yun , 2021,17:57 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş