Namik Ələskərov: "Hər şey yaxşıdır, dəstəyinizə görə təşəkkür edirəm"

Günün Ən Son Xəbərləri 2021-07-25 12:47:18
Namik Ələskərov:

Yunanıstanda "Olimpiakos"la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov sosial şəbəkədə paylaşım edib.

"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi instaqramda öz fotosunu paylaşıb.

"Hər şey yaxşıdır. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm", - deyə Ələskərov bildirib.

Qeyd edək ki, 43-cü dəqiqədə rəqib futbolçu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Ələskərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Futbolçunun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb.

Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.


Əlavə Edilib: 22 ?yul , 2021,10:47 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş