Millimizin voleybolçusu: "Braziliyada oynamaq mənim xəyalım idi"

Günün Ən Son Xəbərləri 2021-07-25 13:58:51
Millimizin voleybolçusu:

"Həmişə xəyallarımdan biri Braziliyada oynamaq idi. Bu fürsətə sahib olduğum üçün çox xoşbəxtəm".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva Braziliyanın "Sesi" klubuna keçidi barədə yerli mətbuata açıqlamasında deyib.

31 yaşlı hücumçu cənubi amerikalıları çox sevdiyini söyləyib: "Əminəm ki, Braziliyada evimdəki kimi hiss edəcəyəm".

Əliyava bu həftə yeni komandasına qoşulmaq üçün səbrsizliklə gözlədiyini bildirib. O, hədəflərinin yüksək olduğunu və yaxşı nəticələrə ümid etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Odina Əliyeva ötən mövsüm ABŞ-ın Pro Liqasında mübarizə aparan “Atletes Unlimited”in formasını geyinib.


Əlavə Edilib: 20 ?yul , 2021,10:48 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş