Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

Günün Ən Son Xəbərləri 2021-08-06 02:03:14
Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Lüksemburq, İrlandiya və Serbiya yığmalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 1-də Lüksemburqla matç saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da start götürəcək.

3 gün sonra İrlandiya ilə duel saat 20:00-da Dublindəki “Aviva” stadionunda gerçəkləşəcək. Oktyabrın 12-də Serbiya ilə görüş isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda olacaq.


Əlavə Edilib: 22 ?yul , 2021,12:32 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş