Merkel iyulun 15-də Vaşinqtona səfər edəcək

Günün Ən Son Xəbərləri 2021-06-22 03:37:56
Merkel iyulun 15-də Vaşinqtona səfər edəcək

ABŞ Prezidenti Co Bayden iyulun 15-də Vaşinqtonda Almaniya Federativ Respublikasının kansleri Angela Merkeli qəbul edəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat veriblər.

“Prezident Bayden 2021-ci il iyulun 15-də Ağ Evdə Almaniyanın kansleri Angela Merkellə keçiriləcək görüşü səbirsizliklə gözləyir”, - açıqlamada deyilir. Bayden və Merkel bir sıra məsələlər, o cümlədən, COVID-19 pandemiyası, iqlim dəyişikliyinin təhlükələri, eləcə də beynəxalq təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı müzakirə edəcəklər.


Əlavə Edilib: 11 ?yun , 2021,16:32 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş