Mərdəkanda döyüşə yararlı əl qumbarası aşkarlanıb

Günün Ən Son Xəbərləri 2021-06-23 16:30:31
Mərdəkanda döyüşə yararlı əl qumbarası aşkarlanıb

Xəzər rayonunun Mərdəkan qəsəbəsində sursat aşkar edilib.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkarlanıb.

Sursat zərərsizləşdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən ərazidən götürülüb.


Əlavə Edilib: 11 ?yun , 2021,19:29 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş