Mədət Quliyev Türkiyə səfiri ilə görüşüb

Günün Ən Son Xəbərləri 2021-06-22 03:23:34
Mədət Quliyev Türkiyə səfiri ilə görüşüb

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib.

MSN-dən "Report"a verilən məlumata görə, nazir səfiri təyinatı münasibətilə təbrik edərək onun iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

M.Quliyev bildirib ki, dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələri mövcuddur. Görüş zamanı bu sahədə gələcək inkişaf perspektivləri müzakirə edilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uzaqgörən siyasət yürüdərək Azərbaycana qarşı ikili standartlar tətbiq edən bir sıra dünya ölkələrinin və xarici təşkilatların gələcəkdə ölkəmizə silah satmaqdan imtina edə biləcəyi ehtimalını gözə alaraq 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması təşəbbüsünü irəli sürüb. Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar zamanı yerli hərbi sənayemizin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə edilməsi bu qərarın düzgün və zamanında qəbul edildiyini bir daha sübut etdi.


Əlavə Edilib: 10 ?yun , 2021,18:13 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş