Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib

Günün Ən Son Xəbərləri 2021-06-22 11:26:56
Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib

Mədəniyyət Nazirliyi Zəfər muzeyi və memorial kompleksinin yerləşəcəyi məkanın müəyyən olunması və bununla bağlı qərarın verilməsi barədə məlumatlara aydınlıq gətirib.

Nazirlikdən "Report"a bildirilib ki, Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb.

"Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib", - qurumdan qeyd edilib.


    Əlavə Edilib: 16 Yanvar , 2021,12:40 • Oxunub: 7

    Sosial Şəbəkələrdə Paylaş