Marneulidə qətlə görə qisas almağa cəhd edən iki nəfər saxlanılıb

Günün Ən Son Xəbərləri 2021-07-24 06:18:32
Marneulidə qətlə görə qisas almağa cəhd edən iki nəfər saxlanılıb

Gürcüstanın Marneuli rayonunda 1970-ci il təvəllüdlü T.P. və 1994-cü il təvəllüdlü İ.P. adlı şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, onlar Yuxarı Saral kəndində qətlə yetirilən ailə üzvlərinin qohumlarıdır.

Həmin şəxslər sağlamlığa qəsdən zərər vurma və daşınmaz əmlakın zədələnməsində ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, onlar qətldə günahlandırılan şəxsin həbsindən sonra onun evinə yollanıblar. T.P. adlı şəxs bellə qətli törədən şəxsin atasına xəsarətlər yetirməyə cəhd edib, İ.P. adlı şəxs isə ailəyə məxsus iki avtomobilə zərər vurub.

Faktla bağlı istintaq aparılır.


Əlavə Edilib: 21 ?yul , 2021,14:01 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş