Mamadu Mboc: "Sabah əvvəlkindən də yaxşısını görəcəksiniz"

Günün Ən Son Xəbərləri 2021-08-06 00:38:55
Mamadu Mboc:

"Bura nə üçün gəldiyimizi bilirik. Oyuna yaxşı hazırlaşmışıq. Sabah uğurlu oyun sərgiləməyə çalışacağıq".

"Report"un Afinaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mamadu Mboc Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Seneqallı müdafiəçi Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə oyunlarda zəif çıxış etməsinin səbəbini belə izah edib: "Bu, futboldur. Belə hallar baş verə bilər. Sabahkı oyuna çox yaxşı hazırlaşmışıq. Əvvəllər gördüyünüzdən daha yaxşı Mboc görəcəksiniz. İnanıram ki, sabah yenə sinəmdə Babakarın fotosunu görəcəksiniz".

28 yaşlı oyunçu yeni transferlər Romen Bask və Uqo Bastosu yüksək qiymətləndirib: "İnanıram ki, onlar bizim gücümüzə güc qatacaqlar. Hər ikisini salamlayıram".

.


Əlavə Edilib: 20 ?yul , 2021,22:39 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş