"Lombard və lizinq fəaliyyətinə dair vahid qanunvericilik olsun" - TƏKLİF

Günün Ən Son Xəbərləri 2021-06-22 03:07:35

Azərbaycanda lombard və lizinq fəaliyyətinə dair vahid qanunvericiliyin olması təklif edilir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı "Ağ sənəd"də bildirilir.

"2002-ci ildə Nazirlər Kabinetinin "Lombard fəaliyyəti üçün xüsusi icazələrin verilməsi haqqında Qaydalar"ı ləğv etməsindən sonra qanunvericilik bu iş üçün tələbləri, nəzarət mexanizimlərini və nəzarət orqanını müəyyən etmədiyindən sözügedən sahədə problemlər artıb. Lizinq müqavilələri Mülki Məcəllə ilə tənzimlənir, bununla bağlı ayrıca qanun yoxdur. "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə "İcarə haqqında" qanun layihəsinin hazırlanması nəzərdə tutulub. Lombardların hüquq və öhdəliklərini tənzimləyən normaların, habelə bu sahədə nəzarət mexanizimlərinin olmaması vətəndaşların hüquqlarının pozulması və digər mənfi hallara gətirib çıxara bilər. Eyni zamanda tənzimləmədə qeyri-bərabərlik digər maliyyə bazarı iştirakçıları (banklar, bank olmayan kredit təşkilatları və s.) üçün ədalətsiz rəqabət mühiti formalaşdırır. Bu faktlar müvafiq fəaliyyətlərin icrası ilə əlaqədar norma və nəzarət mexanizmini müəyyən edən lombard və lizinq fəaliyyətini tənzimləyən vahid qanunların qəbul etməsini zəruri edir. Həmçinin sektora nəzarət, kredit verilməsi anlayışı və hesabat tələbləri, müştəri məlumatlarının toplanması həmin təşkilatların fəaliyyətinin şəffaf olmasına xidmət edəcək", - deyə sənəddə qeyd olunub.


Əlavə Edilib: 11 ?yun , 2021,12:48 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş