Lökbatanda ağır yol qəzası olub, tıxac yaranıb

Günün Ən Son Xəbərləri 2021-06-22 12:11:01
Lökbatanda ağır yol qəzası olub, tıxac yaranıb

Bakıda yol qəzası olub.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Kənar Dairəvi Yolda Lökbatan dairəsi istiqamətində baş verən ağır yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub. İlkin məlumata görə, iki yük avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri aşıb.

Bu səbəbdən də qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.


Əlavə Edilib: 11 ?yun , 2021,08:32 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş