"Liverpul"un hücumçusu "Mançester Yunayted"lə matçda oynayacaq

Günün Ən Son Xəbərləri 2021-06-23 06:25:56

İngiltərənin "Liverpu" klubunun futbolçusu Sadio Mane Premyer Liqanın XIX turunda "Mançester Yunayted"lə matçda iştirak edə biləcək.

"Report" xəbər verir ki, 29 yaşlı hücumçu barədə klubun rəsmi saytına müsahibəsində bildirib.

Seneqallı forvard ölkə kubokunun 1/32 finalında "Aston Villa"nı 4:1 hesabı ilə məğub etdikləri matçda zədələndiyini xatırladıb: "Həmin görüşdə ciddi xəsarət aldım. Zədəni bərpa etmək bir neçə dəqiqə çəkdi. Sanki ayağım uyuşmuşdu. Qarşılaşmadan sonra buz qoydum, hazırda hər şey normaldır. İndi özümü əla hiss edirəm və növbəti matça hazıram".

Qeyd edək ki, yanvarın 17-də keçiriləcək "Liverpul" - "Mançester Yunayted" Bakı vaxtı ilə 19:30-da başlayacaq.


Əlavə Edilib: 16 Yanvar , 2021,17:04 • Oxunub: 6

Sosial Şəbəkələrdə Paylaş