Leysan yağış Gəncədə bir sıra fəsadlar törədib

Günün Ən Son Xəbərləri 2021-06-22 12:43:24
Leysan yağış Gəncədə bir sıra fəsadlar törədib

Gəncədə yağan leysan yağışlar nəticəsində bir neçə ev həyətyanı sahəsi ilə birlikdə su içində qalıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, axşam saatlarında yağan güclü yağış səbəbindən Gəncə şəhərinin Məhsəti qəsəbəsində bəzi evlərə yağış suları dolub.

Bununla yanaşı, küçə yollarında hərəkətdə də çətinliklər yaranıb.

Qeyd edək ki, hazırda yağıntılı hava şəraiti davam edir.


Əlavə Edilib: 9 ?yun , 2021,22:11 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş