Kürdəmirdə şadlıq evlərinin sahibləri cərimələnib

Günün Ən Son Xəbərləri 2021-07-25 12:39:51
Kürdəmirdə şadlıq evlərinin sahibləri cərimələnib

Kürdəmir rayonunda “Miraj” və “Nicat” şadlıq evlərinin sahibləri cərimələnib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı rayon ərazisində fəaliyyət göstərən “Miraj” və “Nicat” şadlıq evlərində karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.

Bu səbəbdən hər iki şadlıq evinin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən ayrı-ayrılıqda 4000 manat cərimə tətbiq olunub.Bundan başqa polis əməkdaşları tərəfindən keçrilən reydlərin davamı zamanı kənd ərazilərində karantin rejimini pozan 24 toy sahibləri barəsində də inzibati xətalar məcəlləsinin müvafiq bəndinə əsasən 200-400 manat miqdarında cərimə olunublar.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.


Əlavə Edilib: 20 ?yul , 2021,14:53 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş