Kürdəmirdə qaydaları pozanlar cərimələndi

Günün Ən Son Xəbərləri 2021-06-22 02:27:37
Kürdəmirdə qaydaları pozanlar cərimələndi

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.


Əlavə Edilib: 10 ?yun , 2021,05:38 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş