Kür çökəkliyində yerləşən yataqlar ADNF-ə ödənişi tam icra edib

Günün Ən Son Xəbərləri 2021-06-23 15:43:13
Kür çökəkliyində yerləşən yataqlar ADNF-ə ödənişi tam icra edib

2020-ci ildə “Kürsəngi-Qarabağlı” yataqlar bloku üzrə illik hasilat 0,95 milyon barel proqnoza qarşı 0,90 milyon barel səviyyəsində olub.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu blok üzrə hasilat proqnozu 0,95 % icra edilib

Rəyə əsasən, bu yataqlar üzrə ötən il daxilolmalar 1 milyon 311,5 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana qarşı 100 % icra olunub.

Qeyd edək ki, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən "Kürsəngi" və "Qarabağlı" yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilməyə başlayıb. "Azərbaycan Respublikasında "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 15 dekabr 1998-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətləri arasında imzalanıb, 22 aprel 1999-cu il tarixində qüvvəyə minib. "Kürsəngi" və "Qarabağlı" neft yataqlarında işləri həyata keçirmək üçün "Salyan Oil" Ltd. əməliyyat şirkəti yaradılıb. 2002-ci ilin mart ayından "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətlərinin saziş paylarını Çin Milli Neft Korporasiyası (CNODC) alıb. Saziş sahəsi 450 km2-dır.

İşlənmə dövründə yataqlarda 808 quyu qazılıb ki, bunlardan 494 quyu "Kürsəngi", 314 quyu "Qarabağlı" yataqlarında yerləşir.


Əlavə Edilib: 10 ?yun , 2021,12:06 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş