Kubalı ABŞ Hərbi Dəniz Qüvvələrinə başçılıq edə bilər

Günün Ən Son Xəbərləri 2021-06-23 15:18:55
Kubalı ABŞ Hərbi Dəniz Qüvvələrinə başçılıq edə bilər

ABŞ prezidenti Co Bayden Kuba əsilli Karlos del Toronu Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə namizəd irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, yeni namizəd Havanada anadan olub və 1962-ci ildə ailəsi ilə birlikdə qaçqın olaraq ABŞ-a köçüb. Məruzədə namizədin milli təhlükəsizlik və donanma sahəsində qırx illik təcrübəyə sahib olduğu qeyd edilir.

Del Toronun namizədliyinə artıq ABŞ Senatında baxılacaq.

Hərbi Dəniz Qüvvələri, xüsusən də dəniz qüvvələrinin maddi-texniki təminatından və sərəncamındakı maliyyə mənbələrindən məsuldur. ABŞ-ın Hərbi Hava Qüvvələri, Dəniz Qüvvələri və Quru Qoşunların komandaları prezident kabinetinin üzvləri deyil.


Əlavə Edilib: 12 ?yun , 2021,01:45 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş