Koronavirus pandemiyası Gürcüstana 2,3 milyard dollara başa gəlib

Günün Ən Son Xəbərləri 2021-06-22 11:18:53
Koronavirus pandemiyası Gürcüstana 2,3 milyard dollara başa gəlib

“2020-2021-ci illərdə koronavirus (COVID-19) pandemiyası Gürcüstan büdcəsinə 7,2 milyard lariyə (2,3 milyard ABŞ dolları) başa gəlib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin maliyyə naziri Laşa Xutsişvili parlamentdə “nazir saatı” formatında çıxışında deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın azalması büdcə gəlirlərinə təsir edib: “Səhiyyə sektoruna yönələn xərclər əhəmiyyətli dərəcədə artıb. Biznesin dəstəklənməsi proqramlarının həcmi 3 milyard lari, vətəndaşların sosial müdafiəsi tədbirlərinə 1,3 milyard lari yönəldilib. Səhiyyə xərcləri 0,9 milyard lari artıb”.

Nazir qeyd edib ki, 2021-ci ilin dövlət büdcəsinə düzəlişlər planlaşdırılır: “May ayı üzrə iqtisadi artımın yekunlarının təhlili əsasında builki büdcəyə dəyişikliklər hazırlanacaq. Əsas məqsəd makroiqtisadi sabitlik və iqtisadiyyatın bərpasına yönələn mühüm addımların atılmasından ibarət olacaq”.


Əlavə Edilib: 11 ?yun , 2021,16:09 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş