Konfrans Liqası: "Keşlə"nin oyununa azarkeş buraxılmayacaq

Günün Ən Son Xəbərləri 2021-08-06 01:59:38
Konfrans Liqası:

Rusiyanın "Soçi" komandası ilə "Keşlə" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa azarkeş buraxılmayacaq.

"Report"un məlumatına görə, bu barədə Soçi təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qərar ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul olunub. Bilet alan azarkeşlərin pulu geri qaytarılacaq.

Qeyd edək ki, bu gün "Fişt" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Əlavə Edilib: 22 ?yul , 2021,15:27 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş