Komitə sədri parlamentdə pensiya ilə bağlı xüsusi iclasın keçirilməsini təklif edib

Günün Ən Son Xəbərləri 2021-06-22 02:38:13
Komitə sədri parlamentdə pensiya ilə bağlı xüsusi iclasın keçirilməsini təklif edib

“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babyevin özü şəxsən Milli Məclisə gəlsin və suallara aydınlıq gətirsin”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Nazirliklə birlikdə bu qanun layihəsinin üzərində iş getməlidir. Deputatlara isə sənədlər paket şəklində paylanılsın. Keçmiş nazir Səlim Müslümovun vaxtında da pensiya ilə bağlı qanun layihəsini qəbul etdik. Hələ də həmin qanunun altını çəkirik. Təklif edirəm ki, Milli Məclisdə də bununla bağlı bir komissiya yaradılsın. Bu çox ciddi qanun layihəsidir” - deputat vurğulayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gələn həftə Milli Məclisin ən böyük iclas zalında bu qanunun III oxunuşda müzakirəsi təşkil edilsin: “Həmin iclasda aiddiyyatı nazirliyin nümayəndələri, hökumət üzvləri iştirak etsinlər. Yaranmış suallara da orada aydınlıq gətirilsin”.


Əlavə Edilib: 11 ?yun , 2021,13:28 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş