"Keşlə"nin baş məşqçisi: "Rəqib oynamağa imkan vermədi"

Günün Ən Son Xəbərləri 2021-08-06 01:53:51

"Soçi" bizə imkan verdiyi qədər oynadıq. Kifayət qədər ciddi rəqibdir. Heyətində yaxşı oyunçuları var".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Rusiyada "Soçi" klubuna 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Meydanda həyata keçirmək istədiyimiz planlar var idi. Amma "Soçi" buna imkan vermədi. Rəqib bizdən daha hazırlıqlı idi".

Qurbanovun sözlərinə görə, oyunçularda həyəcan var idi: "İkinci qarşılaşmada daha yaxşı oynamağa çalışacağıq. Müdafiədə və hücumda çox top itirdik. Qolu da bu cür epizodların birində buraxdıq. Uşaqlar əllərindən gələni etdilər. Cavab matçı Bakıda olacaq. Komandana inanıram".


Əlavə Edilib: 22 ?yul , 2021,22:31 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş