Kaxaber Tsxadadze: "Neftçi" ilə oyunlarda məğlubiyyətə layiq deyildik"

Günün Ən Son Xəbərləri 2021-08-06 01:09:37
Kaxaber Tsxadadze:

"Təəssüf ki, Çempionlar Liqasında mübarizəni dayandırdıq. Əslində pis oynamadıq, sadəcə, fərdi səhvlərdən uğursuzluğa düçar olduq".

"Report"un məlumatına görə, bu fikirləri Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının baş məşqçisi Kaxaber Tsxadadze UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubu ilə il oyun öncəsi keçirilən mətbuat konfransında Çempionlar Liqasının I raundunda "Neftçi"yə məğlubiyyəti şərh edərkən deyib.

53 yaşlı mütəxəssis bildirib ki, Bakı klubunun heyətində bu cür səhvləri bağışlamayan yüksək səviyyəli futbolçular var: "Neftçi"yə qarşı hər iki oyunda məğlubiyyətə layiq deyildik. Kim fərqli düşünürsə, mübahisə edə bilərəm. "Makkabi" ilə matçlar həmin uğursuzluğu unutdurmaq üçün yaxşı şansdır".

Tbilisi təmsilçisi hər iki oyunda "Neftçi"yə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün keçiriləcək "Dinamo" - "Makkabi" görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.


Əlavə Edilib: 22 ?yul , 2021,15:20 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş