Jurnalistlər 2020-ci ilin ən yaxşı idmançılarını seçdilər

Günün Ən Son Xəbərləri 2021-03-06 03:28:18
Jurnalistlər 2020-ci ilin ən yaxşı idmançılarını seçdilər

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) rəsmi saytında 2020-ci ilin ən yaxşı idmançılarının siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski başa çatmaqda olan ilin ən yaxşısı seçilib. Respondentlərin 16,3 faizi polşalı hücumçuya səs verib.

İkinci yerə "Formula 1" üzrə yeddiqat dünya çempionu Lüis Hemilton (14,3 faiz) layiq görülüb. İlk "3-lüy"ü 9,9 faizlik göstərici ilə ispaniyalı tennisçi Rafael Nadal tamamlayıb.

İlin ən yaxşı qadın idmançısı mükafatını yaponiyalı tennisçi Naomi Osaka qazanıb. 23 yaşlı idmançı 13,85 faiz səs toplayıb. O, sıralamada üç təkanla tullanma idman növü üzrə dünya rekordçusu Yulimar Roxas və tennisçi Serena Uilyamsı geridə qoyub.

"Bavariya" (34,6 faiz) 2020-ci ilin komandası seçilib. İkinci pilləni İngiltərənin "Liverpul" (19,8 faiz) klubu, üçüncü sıranı isə ABŞ-ın "Los-Anceles Leykers" (17,3 faiz) basketbol komandası tutub.


Əlavə Edilib: 29 Dekabr , 2020,19:22 • Oxunub: 3

Sosial Şəbəkələrdə Paylaş