İtaliyada çimərlikdə atışma olub, 9 nəfər yaralanıb

Günün Ən Son Xəbərləri 2021-08-06 01:46:35
İtaliyada çimərlikdə atışma olub, 9 nəfər yaralanıb

İtaliyanın cənubunda yerləşən Apuliya vilayətində çimərliklərdən birində baş verən atışma nəticəsində 9 gənc yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, hadisə İtaliyanın Taranto şəhərində çimərlikdə gənclərdən ibarət iki qrup arasında baş verib. Atışma zamanı hadisə yerində 300-dək adam olub. Hadisənin səbəbi hələ ki məlum deyil.

Yaralananlar 18-28 yaş arasındadır. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Polis araşdırma aparır.


Əlavə Edilib: 21 ?yul , 2021,14:20 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş