İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alan var

Günün Ən Son Xəbərləri 2021-07-24 04:31:10
İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alan var

İsmayıllı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə İsmayıllı-Qəbələ yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Rəhmanov Firdovsi Vaqif oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 21 ?yul , 2021,03:40 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş