İrandan tədarükün artması ehtimalı fonunda neft ucuzlaşır

Günün Ən Son Xəbərləri 2021-06-23 16:03:07
İrandan tədarükün artması ehtimalı fonunda neft ucuzlaşır

ABŞ İranın neft ticarəti ilə əlaqəli bir neçə fiziki şəxsinə və şirkətinə tətbiq edilən sanksiyaların aradan qaldırıldığını bəyan etdikdən sonra İrandan tədarükün artması ehtimalı fonunda neft ucuzlaşmağa başlayıb.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:53-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,37 % ucuzlaşaraq, 1 bareli 72,25 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,34 % aşağı düşərək, 1 bareli 70,05 ABŞ dolları təşkil edib.

Cümə günü səhər saatlarında neft bazarında mənfi dinamika müşahidə olunur. İnvestorlar ABŞ Maliyyə Nazirliyi əvvəllər İranın neft ticarəti ilə əlaqəli olmuş 3 fiziki şəxsinə, o cümlədən İran Milli Neft Şirkətinin rəhbərlərinə və 2 şirkətinə tətbiq edilən sanksiyaların aradan qaldırıldığını bəyan etdikdən sonra İrandan xammal tədarükünün artması ehtimalını qiymətləndirirlər.

Treyderlər həmçinin Beynəlxalq Enerji Agentliyinin (İEA) hesabatının dərc olunmasını gözləyirlər. Bazarlar hesabatda neftə olan tələbin bərpa templəri barədə ipucuların yer alacağına ümid edirlər.


Əlavə Edilib: 11 ?yun , 2021,10:46 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş