İran ballistik raketlərin sınaqlarını keçirdi

Günün Ən Son Xəbərləri 2021-06-23 06:27:22
İran ballistik raketlərin sınaqlarını keçirdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hind okeanında ballistik raketlərin hədəflərə zərbə endirilməsi üzrə sınağını keçirib.

Bu barədə “Report” “İnterfaks”a istinadən bildirir.

İran hərbçiləri qeyd ediblər ki, atışlarda 1,8 min kilometr məsafədəki hədəflərə zərbə endirmiş müxtəlif növ raketlər tətbiq edilib.

"Bizim əsas döyüş tapşırıqlarımızdan biri təyyarədaşıyanlar da daxil olmaqla, düşmən gəmilərinə zərbə endirməyə qadir olmaqdır", - İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Salami bildirib.


Əlavə Edilib: 16 Yanvar , 2021,20:53 • Oxunub: 7

Sosial Şəbəkələrdə Paylaş