"İnter" 26 ildən sonra əsas sponsorunu dəyişdi

Günün Ən Son Xəbərləri 2021-07-24 04:49:07

İtaliyanın "İnter" klubu titul sponsorunun dəyişdirildiyini açıqlayıb.

"Report"un məlumatına görə, 2021/2022 mövsümündən etibarən "Socios.com" tətbiqinin loqosu Milan təmsilçisinin formasında olacaq.

Müqavilə illik 20 milyon avro təşkil edir.

Qeyd edək ki, 1995-ci ildən "İnter"in baş sponsoru avtomobil şinləri istehsalçısı Pirelli idi. Komanda ötən mövsüm 11 ildən sonra A Seriyasının qalibi olub.


Əlavə Edilib: 22 ?yul , 2021,11:09 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş