Güləşçilərimiz erməni rəqiblərini məğlub etdi

Günün Ən Son Xəbərləri 2021-08-06 01:12:46
Güləşçilərimiz erməni rəqiblərini məğlub etdi

Azərbaycanın iki sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

"Report"un məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan Yusif İsparov 1/8 final mərhələsində Hayko Qasparyanı 4:3 hesabı ilə üstələyib.

60 kq-dakı Abdulrəhman İbrahimov isə eyni raundda Hakob Davtyana şans verməyib - 4:2.

Qeyd edək ki, bu gün həmçinin Elman Məmmədov (51 kq), İlkin Ağayev (71 kq) və Yusif Dursunov (92 kq) yarışa qoşulub.


Əlavə Edilib: 20 ?yul , 2021,15:41 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş