Hindistanda koronavirusla bağlı gündəlik ölüm sayında rekord qeydə alınıb

Günün Ən Son Xəbərləri 2021-06-23 16:39:38
Hindistanda koronavirusla bağlı gündəlik ölüm sayında rekord qeydə alınıb

Ötən gün Hindistanda koronavirusa yoluxanların sayı 94 052 nəfər artaraq 29 183 121 nəfərə çatıb.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Rifah Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, son 24 saat ərzində infeksiya ilə bağlı ölüm hallarının sayı 6 148 nəfər artaraq 359 676 nəfərə çatıb. Bu, ölkədə pandemiya başlayandan indiyədək qeydə alınan ən yüksək göstəricidir. Mayın 19-da qeydə alınmış əvvəlki antirekord 4 529 nəfərə bərabər idi.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində 151 367 xəstə COVID-19-dan sağalıb. Bununla da sağalan şəxslərin ümumi sayı 27 655 493 nəfərə çatıb. Bundan əlavə, ölkədə aktiv xəstə sayı 1 167 952 təşkil edir.

Ötən gün ərzində infeksiyaya qarşı 3 379 261 nəfərə vaksin vurulub. Beləliklə, ölkədə peyvənd olunmuş şəxslərin ümumi sayı 242 726 693 nəfərə çatıb.


Əlavə Edilib: 10 ?yun , 2021,11:49 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş