Haitinin yeni Baş naziri vəzifəsinin icrasına başlayıb

Günün Ən Son Xəbərləri 2021-08-06 00:25:45
Haitinin yeni Baş naziri vəzifəsinin icrasına başlayıb

Haiti Prezidenti Jovenel Moizin ölümündən iki gün əvvəl Baş nazir təyin olunan siyasətçi Ariel Anri vəzifəsinin icrasına başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, həmvətənlərini dialoqa çağırıb və ümummilli liderin qətlini araşdıracağına söz verib.

“Ölkə hər mənada böhran vəziyyətindədir, dövlətin etibarını və nüfuzunu bərpa etməliyik. Cəmiyyətin sektorları arasında həddindən artıq qütbləşmə var, amma bu çoxtərəfli böhran üçün davamlı həll yolu lazımdır”, - A.Anri vəzifəyə gəldikdən sonra xalqa ilk müraciətində söyləyib.

Qeyd edək ki, Haiti Prezidenti iyulun 7-nə keçən gecə iqamətgahına edilən hücum nəticəsində öldürülüb. Haiti hüquq-mühafizə orqanlarının əməkdaşları 28 şübhəlinin şəxsiyyətini müəyyən etdiklərini, onlardan 26 nəfərinin Kolumbiya vətəndaşı olduqlarını, 17-nin həbs olunduğunu söyləyiblər.


Əlavə Edilib: 21 ?yul , 2021,11:46 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş