Hacıqabulda 6 avtomobil toqquşub, xəsarət alanlar var

Günün Ən Son Xəbərləri 2021-07-25 13:48:44
Hacıqabulda 6 avtomobil toqquşub, xəsarət alanlar var

Hacıqabul rayonu ərazisində zəncirvari ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 20 ?yul , 2021,21:40 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş