Gürcüstanda epidemioloji vəziyyət pisləşib, ölkə “qırmızı” zonaya keçib

Günün Ən Son Xəbərləri 2021-08-06 02:02:30
Gürcüstanda epidemioloji vəziyyət pisləşib, ölkə “qırmızı” zonaya keçib

“Gürcüstanda epidemioloji vəziyyəti müəyyən edən bütün göstəricilər pisləşib. Ölkə “narıncı” zonadan “qırmızı” zonaya keçib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət narahatlıq doğurur:

“Məhdudiyyətlərin tətbiqi ilə bağlı Koordinasiya Şurasına tövsiyələr artıq təqdim olunub. Epidemioloji vəziyyət pisləşməkdə davam edərsə, daha sərt məhdudiyyətlərə ehtiyac yaranacaq”.


Əlavə Edilib: 20 ?yul , 2021,15:31 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş