Gürcüstan builki iqtisadi artım proqnozunu artırıb

Günün Ən Son Xəbərləri 2021-07-24 05:33:55
Gürcüstan builki iqtisadi artım proqnozunu artırıb

Gürcüstan parlamenti builki dövlət büdcəsinə düzəlişləri təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, 85 deputat sənədin lehinə səs verib.

Sənəddə iqtisadi artım 7,7 % səviyyəsində müəyyən edilib.

Gürcüstanın maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze bildirib ki, planlaşdırılmış yüksək artım büdcə gəlirlərini artırmağa imkan verəcək.

Dövlət büdcəsinin əvvəlki redaksiyasında 2021-ci il üçün iqtisadi artım proqnozu 4,3 % olub. Bu yaxınlarda Beynəxalq Valyuta Fondu Gürcüstan iqtisadiyyatında 7,7 %-lik artım proqnozlaşdırıb.


Əlavə Edilib: 22 ?yul , 2021,16:51 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş