Göygöldə qəza: avtomobil iki yerə bölündü, yaralılar var

Günün Ən Son Xəbərləri 2021-08-06 01:47:18
Göygöldə qəza: avtomobil iki yerə bölündü, yaralılar var

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Qeyd edək ki, zərbənin gücündən "VAZ-2106" markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Əlavə Edilib: 22 ?yul , 2021,20:02 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş