Göygöldə avtomobil qəzası olub, bacı-qardaş xəsarət alıb

Günün Ən Son Xəbərləri 2021-06-22 03:14:58
Göygöldə avtomobil qəzası olub, bacı-qardaş xəsarət alıb

Göygöl rayonunda 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri 1957-ci il təvəllüdlü Hidayət İsaq oğlu İbrahimov və onun bacısı, 1977-ci il təvəllüdlü bacısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər ikisi Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Əlavə Edilib: 9 ?yun , 2021,20:23 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş