Göygöldə 2 avtomobil toqquşub, xəsarət alan var

Günün Ən Son Xəbərləri 2021-08-06 02:00:22
Göygöldə 2 avtomobil toqquşub, xəsarət alan var

Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, magistral yolun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Hyundai" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində, 1971-ci il təvəllüdlü Məlahət Quliyeva xəsarət alıb. Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Əlavə Edilib: 21 ?yul , 2021,17:57 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş