Göyçayda yeniyetmə Yuxarı Şirvan kanalında batıb

Günün Ən Son Xəbərləri 2021-07-24 05:49:51
Göyçayda yeniyetmə Yuxarı Şirvan kanalında batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göyçay rayonu, Ləkçılpaq kəndində 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun Yuxarı Şirvan kanalında batması barədə məlumat daxil olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.​


Əlavə Edilib: 20 ?yul , 2021,20:32 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş