Goranboyda oğurluq edən dəstə üzvləri saxlanılıb

Günün Ən Son Xəbərləri 2021-03-06 02:38:56
Goranboyda oğurluq edən dəstə üzvləri saxlanılıb

Goranboyda oğurluq hadisələri törədən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılhacılı qəsəbəsində bir evdən və Balakürd kəndi ərazisində bir mağazadan məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun yanvarın 14-də Qızılhacılı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Qurbanov, Naftalan şəhər sakini T.Həsənov və Bakı şəhər sakini R.Şabanovla birgə rayon ərazisindəki mağazaların birindən pul, 964 manat dəyərində tütün məmulatı və spirtli içki oğurlaması da müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Qurbanov, T.Həsənov və R.Şabanov da saxlanılıblar.


Əlavə Edilib: 16 Yanvar , 2021,13:12 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş